|
|
Bu yazı 494
kez okunmuştur. |
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN... |
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN...
Məqaləmin əsas hissəsinə keçməmişdən öncə bildirmək istəyirəm ki, bu və bundan sonra yazacağım məqalələrimdə məqsəd sadəcə İslamın tələblərini və gözəlliklərini oxuculara çatdırmaqdır.Əvvəlcədən məqaləmi oxuyanların hər birinə şəxsən minnətdarlığımı bildirirəm və hər kəsi nəticə çıxarmağa dəvət edirəm...
Hər bir insan müəyyən bir işlə məşğul olaraq ailəsinin normal həyat sürməsi üçün işini qüsursuz yerinə yetirməyə çalışır.Sözsüz ki, bu insanların az hissəsi rəhbər işçilərdir.Yerdə qalanlar isə bu insanların tabeliyində işləyənlərdir.Hər bir işçi öz işinə məsuliyyətlə yanaşır və əlindən gələni əsirgəmir ki, rəhbərliyin rəğbətini qazansın.Bu təbii haldır çünki işçilər rəhbərlərdən qorxurlar və işlərini itirmək istəmirlər ki, sıxıntı çəkməsinlər.Məni yazmağa məcbur edən isə ALLAHın(c.c) yaratdığı bir quldan qorxan birinin ömrünü başa vurduqdan sonra ALLAHın(c.c) hüzuruna çıxacağını dərk etməməsidir.Bu dünyada sıxıntı çəkməmək üçün dəridən-qabıqdan çıxanların nə üçün əbədi Cənnəti qazanmaq üçün bir addım belə atmaması məni çox narahat edir. Məgər əl çirki adlandırdığımız pula hərisliyimiz bu qədərmi artıb ki, biz bizi YARADANIN əmrlərindən boyun qaçıraq.Yoxsa ölüm sonrası hesab gününə inanmırıqmı? Əgər inanırıqsa hər kəsi iri addımlarla Cəhənnəmə aparan bu yoldan dönərək tövbə etməyə səsləyirəm.Son nöqtəmi məni doğru yola döndərən, Müəllimimdən eşitdiyim bu cümlə ilə qoymaq istəyirəm.”Nə edəcəksənsə bu gün et, unutma ki, sabahkı gün də 24 saatdır”...
NURƏDDİN RƏHİMLİ – GƏNCƏ 19.02.2010
|
Belirtilmedi
|
|
|
|